22 May ayaqlanmasının 3-cü ildönümü
münasibəti ilə
Azərbaycan Milli Azadlıq teşkilatının
MÜRACİƏTİ
Əziz yurddaşlar!
22 may 2006-cı il çağdaş Azərbaycan milli hərəkatı tarixində ciddi bir dönüş nöqtəsidir. 3 il öncə məhz həmin gün Azərbaycanın igid övladları böyük bir şərəf və ləyaqət örnəyi göstərərək şərəf və ləyaqətdən yoxsun fars şovinistlərinin növbəti təhqirlərinə qarşı ayaqlandı, bununla da, fars şovinizminin insani dəyərlərə zidd mahiyyətini bütün dünyanın gözü önünə sərdi. 3 il öncə bele bir gündə qəhrəman Azərbaycan xalqı öz milli kimliyinə sahib çıxaraq, artıq yad (İran-fars) kimliklərlə deyil, məhz Azərbaycan-Türk kimliyi ilə yaşamaq uğrunda dönməz bir mübarizə yoluna çıxdığını, bu müqəddəs yolda hər cür fədakarlığı göstərmə qabiliyyətində olduğunu dosta və düşmana açıqca göstərdi.
22 May 2006-cı il ayaqlanmasından keçən 3 il ərzində fars şovinist hakimiyyətinin uyğuladığı amansız təqib və basqı siyasətinə baxmayaraq, çağdaş Azərbaycan milli hərəkatı istər kəmmi, istərsə də keyfi baxımdan ciddi bir inkişaf yolu izləmişdir. Bu da o deməkdir ki, artıq bu hərəkatı dayandırmaq və yaxud hədəflərindən sapdırmaq heç bir şəkildə mümkün deyildir.
Dəyərli soydaşlar!
22 May ayaqlanmasının 3-cü ildönümü ərəfəsində İranın özünü islah etməkdən aciz üzdəniraq islahatçi keçmiş prezidenti Xatəmi və yandaşlarının Azərbaycan xalqına, eləcə də İranda yaşayan digər xalqlara qarşı təhqiredici ifadələrlə dolu video görüntülərinin ortaya çıxması fars şovinist təfəkkürünün hansı dərinliklərə işlədiyinin açıq göstərgəsidir. İranın keçmiş prezidenti və yandaşlarının bu müstəhcən görüntüləri bir daha sübut edir ki, şüarların, cinahların, hakimiyyətin, rejimin dəyişməsi kimi formal dəyişikliklərlə bu anti-bəşəri təfəkkürün önünə keçilməsi mümkün deyidir.
Digər tərəfdən, Azərbaycan xalqının ən ibtidai haqlarından çıxış edən, fars şovinist dairələrinə deyil, öz xalqına arxalanan Dr. Əkbər Ələmiyə qarşı rejim və oppozisionun vahid bir tutum sərgiləməsi, ən sonunda isə səlahiyyətinin rədd edilməsi Azərbaycan xalqının iradəsinə qarşı açıq bir təhqir olmaqla yanaşı, həm də o deməkdir ki, rejimin şəklindən və hakimiyyətdəkilərin kimliyindən asılı olmayaraq, İran bayrağı altında qeyri-fars xalqların ən ibtidai haqlarını belə əldə etməsi olanaqsızdır. Bu da Azərbaycan xalqının öz milli qurtuluş mubarizəsində mənimsədiyi hədəflərin nə dərəcədə isabətli və doğru olduğunu göstərməkdədir.
Azərbaycan Milli Azadlıq teşkilatı (AMAT) olaraq, əmin olduğumuzu bildiririk ki, bu növböti təhqirlərə qarşı Azərbaycan xalqı laqeyd qalmayacaq, fars şovinistlərinə gərəkli cavabı verəcəkdir.
Azərbaycan Milli Azadlıq teşkilatı (AMAT)
21 May 2009-cu il