28 May Istiqlal günü
münasibəti ilə
Azərbaycan Milli Azadlıq təşkilatının
Təbriki
28 May 1918-ci il Azərbaycan türklərinin millətləşməsi və milli dövlətçiliyi tarixində, şübhəsiz ki, ən yüksək iki zirvədən biridirş. Bir digəri isə 21 Azər 1324-cü ildə S. C. Pişəvərinin öndərliyində Azərbaycanın güneyində müstəqil, demokratik Azərbaycan dövlətinin qurulmasıdır. 1918-ci ildə Azərbaycanımızın quzeyində M. Ə. Rəsulzadənin öndərliyində müsteqilliyimizin elan olunduğu 28 May bu gün Güneyli-Quzeyli bütün azərbaycanlılar tərəfindən İstiqlal günü kimi qəbul olunmaqda və böyük bir coşqu ilə qutlanmaqdadır. Azərbaycan milli Azadlıq təşkilatı (AMAT) 28 May İstiqlal Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir.
28 May 1918-ci ildə elan olunan milli müstəqillik sonucu qurulan müstəqil Azərbaycan dövləti-Azərbaycan Demokratik Respublikasi (ADR) Azərbaycan xalqı tarixinin altın səhifələrindən biri olmaqla bərabər, beynəlxalq dəyərlərə dayanması və bir çox ilki gerçəkləşdirməsi baxımından bölgə xalqları üçün də ciddi bir örnək təşkil etmişdir. Azərbaycan Respublikası bütün türk-islam aləmində yaranan ilk demokratik cumhuriyyətdir. Bu cumhuriyyət şərq aləmində ilk dəfə olaraq qadınlara dönəmin bir çox Avropa ölkəsində belə tanınmayan haqları, o cümlədən səsvermə hüququ tanımışdır.
Azərbaycanın müstəqil, demokratik, öncül bir dövlet kimi inkişafı 1920-ci il 28 aprelde Sovet İttifaqı tərəfindən durdurulsa da, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının banisi, M.Ə. Rəsulzadənin qadırdığı bayraq 1991-ci ildə yenidən dalğalanmağa başlamış, Azərbaycanımızın quzeyində müstəqil dövlətimiz bərpa edilmişdir. Bu gün isə Azərbaycanımızın güneyində 21 Azər 1325-ci ildə İran-fars şovinist dövlətinin hərbi təcavüzü nəticəsində yıxılan dövlətimizin bərpası uğrunda böyük bir milli hərəkat başlamış və bu hərəkat ciddi addımlarla hədəfə- Azərbaycanımızın güneyində itirilmiş dövlətçiliyimizin bərpasına doğru irəliləməkdədir. Şübhəsiz ki, M. Ə. Rəsulzadə və S. C. Pişəvərinin düşüncə və ənənələri bu böyük yürüyüşdə yolumuza işıq tutmaqdadır.
Azərbaycan milli Azadlıq təşkilatı itirilmiş dövlətçiliyimizin bərpası uğrunda müqəddəs istiqlal mücadiləsinə çıxmış millətimizə dönməz mübarizə əzmi arzulayır, böyük Azərbaycan xalqını 28 May İstiqlal günü münasibəti ilə bir daha təbrik edir.
27 May 2009-cu il