Azərbaycan Milli
Azadlıq Təşkilatının
MƏRAMNAMƏSİ
Giris
İkiqütblü dünya
düzəninin dağılması, Sovetlər Birliyi adlı Rusiya imperiyasının
çökməsi sonucu Azərbaycanın quzeyində dövlət
müstəqilliyinin bərpası, insanlıqdan uzaq fars şovinizminin ağalığına
və onun təzahür biçimlərindən biri olan indiki İran İslam
Cumhuriyyətinə qarşı ümumi mübarizənin getdikcə
güclənməsi vb. nədənlər, özəlliklə
Azərbaycan türklüyünün günü-gündən dərinləşən,
kütləviləşən Milli Hərəkatı göstərir ki, artıq
Azərbaycanın güneyində milli dövlət quruculuğu üçün
əlverişli şərait yaranmaqdadır. Bölünüb-parçalandığı gündən
bütövləşmə diləyi, öz dövlətini itirərək
əsarət altına düşdüyü gündən bağımsızlıq istəyi
ilə çırpınan Azərbaycan türklüyü artıq bu gün qutsal qurtuluş yoluna
çıxmışdır.
Azərbaycanın
güneyində milli qurtulus mubarizesinin derin tarixi kökleri vardir.
Settarxan ve Bagirxanin simasinda, ”Azerbaycan Eyaleti Encumeni”nin
önderliyinde despotizme qarsi baslayan Mesrute Herekatinin ana fikir
xetlerinden birinin de mehz ”Azerbaycan Mesrutiyyet cumhuriyyeti” fikri
olmasi Iran adlanan mekanda Azerbaycan turklerinin merkezden qopma isteyinin
bariz tezahurudur.
1920-ci ilde
Seyx Mehemmed Xiyabaninin önderliyinde ”Azadistan Dövleti”nin qurulmasi ile
Azerbaycanin musteqilliyinin elan edilmesi, 1945-ci ilde Seyid Cefer Piseveri
rehberliyinde ”Azerbaycan Demokratik Cumhuriyyeti”nin qurulmasi, 1979-cu il
islam inqilabindan sonra Ayetullah Serietmedari önculluyunde baslayan ve
Azerbaycanin muxtariyyeti telebi ile cixis eden ”Xalqi-muselman” herekati
Azerbaycan xalqinin milli qurtulus ve musteqillik ugrunda apardigi dönmez mubarizenin ne qeder derin
köklere dayandigini gösterir.
Azerbaycanin
quzeyinde 1989-cu ilde baslayan milli azadliq herekatinin 1991-ci ilde musteqil
Azerbaycan hedefinin gerceklesmesi ve itirilmis dövlet musteqilliyinin berpasi
ile neticelenmesi Azerbaycanin guneyinde milli herekatimizin yeni bir
merheleye-Cagdas Azerbaycan Milli Herekati merhelesine addim atmasina
ciddi tekan vermisdir. Gunumuzde, 100 illik milli qurtulus herekati tecrubesi
ile de zenginlesen Cagdas Azerbacan Milli herekati kemiyyetle yanasi,
keyfiyyetce de böyuk bir asma qet etmisdir. Fars sovinizmi ve onun tezahur
formalarindan biri olan Iran Islam Cumhuriyyeti rejiminin basqilarina baxmayaraq, milli-medeni
mustevide ugurla davam eden bu herekatin bu gun tamamile milli-siyasi bir
xarakter almasi Azerbaycanin guneyinin qurtulusu ugrunda aparilan qutsal mucadilenin derinliyini ve zenginliyini
aciqca ortaya qoymaqdadir.
Bele bir seraitde,
Azərbaycanın güneyində müstəqillik
hədəfinə yönəlik qutsal mübarizənin qalib
gəlməsi üçün millətimizin bu hədəf doğrultusunda
milli-siyasi təşkilatlanması vacib şərtlərdən biri kimi
getdikcə daha çox önəm qazanmaqdadır. Hər hansı bir cild altında
gizlənir-gizlənsin, fars şovinizminin bütün təzahür formalarına
qarşı duracaq və yalnız Azərbaycan türklüyünün milli mənafeyini
əsas alacaq bu milli-siyasi təşkilatlanma ehtiyacı günümüzün ən
zəruri bir ehtiyacı kimi qabarmaqdadır. Azərbaycan türklüyünün
milli-siyasi təşkilatlanma zərurəti zərbəni eyni
nöqtələrə yönəldəcək ayrı-ayrı milli-siyasi
təşkilatların, partiyaların, milli hədəfli çeşidli qurumların
yaranmasını gərəkdirir.
Məhz bu
milli-siyasi təşkilatlanma zərurətindən irəli
gələrək və Azərbaycanın milli-siyasi təşkilat
qurumlarından biri olaraq biz milli demokratik mahiyyətli Azərbaycan
Milli Azadliq Təşkilatinı ( qısaca: AMAT ) yaradır və bildiririk
ki, Azərbaycanın güneyində müstəqil və demokratik
Azərbaycan uğrunda mübarizə aparan bütün qurumlarla
əməkdaşlığa, işbirliyinə hazırıq.
Ümumi müddəalar
Azərbaycan
Milli Azadlıq Təşkilatı – AMAT milli demokratiyaya
əsaslanan, dini, qövmi, irqi, sinfi, ideoloji vb.
mənsubluqlardan asılı olmayaraq Azərbaycanın güneyinin qurtuluşu uğrunda mübarizə aparan Azərbaycan
insanlarını öz sıralarında birləşdirmiş milli-siyasi qurumdur.
AMAT-ın başlıca
məqsədi ümum Azərbaycan türk millətinin səadəti
və hərtərəfli rifaha qovuşması üçün Müstəqil, Bütöv
və Demokratik Azərbaycan Dövləti qurmaqdır. Bu başlıca
məqsədi həyata keçirərkən AMAT Azərbaycan
insanının azadlığı, Azərbaycan Vətəninin abadlığı,
Azərbaycan türk millətinin xoşbəxtliyi və Azərbaycan
Dövlətinin qüdrətliliyi təməlindən çıxış edir.
AMAT
Demokratik Bütöv Azərbaycan ülküsünün gerçəkləşməsində
Azərbaycanın güneyinin qurtuluşunu başlıca şərt sayır və
ilk addım olaraq Azərbaycanın güneyində müstəqil, milli,
demokratik, dünyəvi (laik), sosial yönümlü hüquq dövlətinin qurulmasi
uğrunda mübarizə aparır.
AMAT Azərbaycanın
güneyində toplum həyatının bütün sahələri üzrə baş
verən son gəlişmələri və
dəyişimləri həryönlü araşdıraraq hesab edir ki,
Azərbaycan Milli Hərəkatında milli-mədəni ağırlıq
mərkəzli oyanış aşaması bütövlükdə uğur qazanmış və
artıq keyfiyyətcə yeni bir mərhələ – milli-siyasi
ağırlıq mərkəzli qurtuluş aşaması başlamışdır. Ona görə
də, Azərbaycan Milli Hərəkatı öz gücünü öncəki
aşamanın ardı olan bu yeni aşamaya və onun tələblərinə
uyğun yenidən biçimləndirməli, özəlliklə Hərəkatın
milli-siyasi təşkilatlanma – partiyalaşma sorunu tezliklə
çözülməlidir,
AMAT İran adı
altında gizlədilmiş Farsıstan (=Persian) dövləti üzrə baş
verən ümumi proseslərə qoşulmur, bu yöndəki rejim, yaxud
hakimiyyət dəyişikliyi ilə bağlı toqquşmalara qatılmır, ümumiranlılığı
təməl alan qurumlarla hər hansı bir işbirliyindən imtina
edir, indiki anda yalnız Azərbaycanın güneyinin qurtuluşu
uğrunda mübarizə aparır və bu yolda yürüyən bütün
şəxslərlə, bütün qurumlarla əməkdaşlığa,
işbirliyinə hazır olduğunu bildirir.
AMAT hansı
şəraitdə olursa-olsun, zorakılığı və terrorizmi
məqsədəçatma üsulu kimi pisləyir, öz
fəaliyyətində uluslararası normalara və çağdaş dünya
dəyərlərinə uyğun olaraq demokratik mübarizənin bütün
biçimlərindən yararlanmağı məqbul sayır.
AMAT apardığı milli
azadlıq mübarizəsində müsavatcılıq ideyalarına, böyük
öndərlərimiz Səttarxan, S.M. Xiyabani, M.Ə.
Rəsulzadə, S.C. Pişəvəri, Ə. Elcibəy
düşüncələrinə və ənənələrinə
söykənir, Azərbaycanın milli mənafeyini və çağdaş
demokratik dünya dəyərləri və normalarını əsas
götürür.
ANA İLKƏLƏR
AMAT öz başlıca
məqsədinə yetmək üçün apardığı mübarizədə ən
ümumi prinsip olaraq bağımsızlıq, bütövlük və xoşgörü
ilkələrini əsas götürür və hesab edir ki, bağımsızlıq
ilkəsi Müstəliq Azərbaycan üçün, bütövlük ilkəsi Bütöv
Azərbaycan üçün, xoşgörü ilkəsi Demokratik Azərbaycan üçün
təməl şərtdir.
Bağımsızlıq bu
gün Azərbaycanın güneyində, sabah isə Bütöv Azərbaycanda
heç bir yabançı dövlətə və ya dövlətlər birliyinə
tabe olmayan, yalnız öz millətinin milli iradəsinə
söykənən və öz milli mənafeyini əsas götürən
müstəqil dövlət qurulmasını irəli sürən bir ilkədir.
Bütövlük
Azərbaycanın bölünmə faciəsini ortadan qaldırmağı, milli və
tarixi əraziləri ilə birgə Azərbaycan
Vətənini eyni bir Azərbaycan Dövlətinin hüdudları
içərisində birləşdirməyi və ümum Azərbaycan
türklüyünün coğrafi, kültürəl, toplumsal, iqtisadi, hərbi, siyasi...
yönlərdən tam bütünləşərək vahid bir millət kimi
siyasi tarix səhnəsinə çıxmasını əsas alan bir
ilkədir.
Xoşgörü (tolerantlıq)
Azərbaycan toplum yaşamının bütün sahələrində inanc, fikir,
düşüncə, təşkilat... çeşidliliyinin yanaşı var ola bilməsini,
Azərbaycan milli varlığı üçün təhlükə törədən durumlar
dışında müxtəlifliyə və fərqliliyə dözümlülüyü,
çoxfikirliliyi (plüralizmi) normal saymanı və başqa cür olmağı anlayışla
qarşılaya bilməni gərəkdirən bir ilkədir.
AMAT bir-birini
tamamlayan bu üç ümumi ilkəni Azərbaycan türklüyünün üz tutacağı
ən ümumi prinsiplər sayır və həmin ilkələrin
Azərbaycan Milli Hərəkatında, Azərbaycan milli
dövlətçiliyində qəbul edilib əsas götürülməsini
gərəkli bilərək bu yolda çalışır.
AMAT öz
mübarizəsində əsas götürdüyü bu ümumi
ilkələrlə yanaşı, aşağıdakı özəl ilkələri
də qəbul edərək həm təşkilatiçi, həm də
təşkilatdışı münasibətlərdə onlara söykənilməsini
önəmli bilir:
Azərbaycançılıq.
İran adı altında pərdələnmiş Farsıstan (=Persiya) və ya
Azərbaycanın müstəqilliyinə, ve demokratikliyinə ziyan vura
biləcək hər hansı bir başqa dövlət üçün yox, yalnız
Azərbaycan üçün, Azərbaycanın milli mənafeyi üçün mübarizə
aparan AMAT Azərbaycançılıq ilkəsindən çıxış edir və
ugrunda mubarize apardigi ilkələrin məhz Azərbaycanda
gerçəkləşməsinə başlıca önəm verir.
Hürriyyətçilik.
Hər kəs Ümumdünya İnsan Haqları bəyannaməsində və
bir sıra uluslararası sənədlərdə əksini tapmış
toxunulmaz, vazkeçilməz siyasi, sosial, iqtisadi, kültürəl...
təməl haqq və azadlıqlara sahibdir. AMAT
Azərbaycanda bu təməl insan haqlarını, azadlıqlarını,
vətəndaş hüquqlarını sağlayan, qoruyan və hüququ üstün tutan bir
dövlət quruluşu yaradılması uğrunda çalışır.
Millətçilik.
İrqçiliyin, şovinizmin bütün biçimlərini rədd edən AMAT
qurtuluşçu bir millətçilik anlayışına sahibdir. Bu millətçilik
Azərbaycan Türk millətinin köləlikdən,
əsarətdən qurtulmasini, gəlişib yüksəlməsini, öz
milli-mənəvi dəyərlərini inkişaf etdirməsini,
istər Azərbaycanın güneyində, istərsə də
quzeyində Müstəqil Azərbaycan Dövləti qurmasını və iki
Azərbaycan Dövlətinin birləşərək əbədi
yaşamasını nəzərdə tutan bəşəri bir düşüncə
sistemidir. AMAT-a görə, Azərbaycan Türk milləti anlayışı
irqindən, dinindən, qövmi mənşəyindən vb. asılı
olmayaraq, Azərbaycan milli kimlik şüuruna yiyələnib
Vətənini Azərbaycan, özünü Azərbaycanlı sayan, taleyinin
Azərbaycanla bağlılığına inanan,
qudretli, azad və demokratik Azərbaycan Dövləti uğrunda
çalışan hər bir Azərbaycan insanını qapsayır (ehtiva edir).
Vətənçilik.
AMAT hazırda kiçicik bir quzey kəsimində Azərbaycan
Dövləti yaradılmış, qalan bölümləri isə muxtelif dovletler
arasında bölüşdürülərək parçalanmış Azərbaycan ölkəsinin
bütünlüyünü əsas alır və bildirir ki, Azərbaycan
Vətəni anlayışı milli və tarixi Azətbaycan coğrafiyasının
bütününü qapsayır. Bu qutsal Vətəndə Azərbaycan Türkləri
ilə yanaşı bir sıra milli azlıq, azsaylı xalq və etnik qruplar da
yaşayır və AMAT-ın fikrincə, mütləq çoxluğu oluşduran
Azərbaycan Türkləri Azərbaycan vətəndaşı olan
həmin milli azlıq, azsaylı xalq və etnik qrupların öz
dillərində yazıb-oxumaları, öz kültürlərini qoruyub yaşatmaları
üçün sorumluluq daşıyır.
Milli təsanüdçülük. AMAT türk toplum
fəlsəfəsinin özülü və türk milli dövlətçilik
gələnəyinin fəlsəfi əsası olan milli
təsanüdçülüyü – milli solidarizmi söykəniləcək ən
üstün ilkələrdən biri olaraq görür, milli dayanışmanın, milli
birlik və bərabərliyin möhkəmləndirilməsində,
sosial ədalətin bərqərar olmasında, toplumsal yaşamda
fərdlə toplumun, ümumi ilə xüsusinin mənafeyinin
uyumlu (ahəngdar) vəhdətinə nail olunmasında,
Azərbaycanın bütün vətəndaşlarının maddi və
mənəvi inkişafa, rifaha qovuşmasında milli təsanüdçülüyü istinad
nöqtəsi sayır.
BAŞLICA GÖRÜŞLƏR
Əsarət
boyunduruğu altında olan bir toplumun qurtuluş əldə etməsi
və öz milli istiqlalını qazanması məsələnin bir yönüdür,
məsələnin digər önəmli yönü isə qurtuluş
sonucunda milli hakimiyyətin yaranması və bu milli hakimiyyətin
öncüllüyü ilə milli dövlət qurulmasıdır. Ulu öndər
M.Ə.Rəsulzadənin dediyi kimi, “Milli istiqlal – bu, bir
zərfdir, zərfin içindəki isə milli hakimiyyətdir”. Ona
görə də, AMAT təkcə qurtuluş uğrunda yox,
həm də milli dövlət quruculuğunu gerçəkləşdirəcək
milli hakimiyyət uğrunda mübarizə aparır.
Azərbaycan Milli
Hərəkatının qurtuluş aşaması uğur qazandığı zaman AMAT milli
dövlət quruculuğuna dair öz görüşlərini bütün incəlikləri
ilə geniş şəkildə açıqlayacaqdır. Hələliksə AMAT
öz fəaliyyətinin ağırlıq mərkəzini qurtuluş aşamasına
yönəltdiyi üçün milli dövlət quruculuğu ilə bağlı bütün
sorunlara deyil, yalnız bəzi önəmli
məsələlərə yönəlik öz görüşlərini qısaca
açıqlamağı gərəkli bilir. Azərbaycanda müstəqil, milli,
demokratik, dünyəvi (laik), sosial yönümlü hüquq dövləti qurulması
uğrunda mübarizə aparan AMAT-ın bu önəmli
dəyərlərlə bağlı başlıca görüşləri aşağıdakı kimidir:
Müstəqil
dövlət. Əsarətdə olan bir millətin insanları da
kölədir və onların azad yaşama hüquqları yoxdur, yaxud çox aşağı
düzeydədir. Çünki bir millətin insanları yalnız öz müstəqil
dövlətlərində gerçəkdən azad ola və özgür yaşaya
bilərlər. Müstəqil dövlət heç bir yabançı dövlətə
və ya dövlətlər birliyinə tabe olmayan, dünya siyasi
səhnəsində suverenliyi qəbul edilən, özü ilə
bağlı bütün məsələlərdə son qərarı özü verən
və öz millətinin milli iradəsinə söykənib öz milli
mənafeyini əsas götürən bağımsız bir dövlət deməkdir. AMAT
Azərbaycanda məhz belə bir müstəqil dövlət qurulması
və Azərbaycan Dövlətində Azərbaycan insanlarının
gerçək azadlığı uğrunda mübarizə aparır.
Milli dövlət. Milli
dövlət hər hansı bir şəxsin, bir xanədanın, bir qrupun, bir
sinif və ya zümrənin, təbəqənin yox, yalnız
millətin iradəsinin üstün tutulduğu, hakimiyyətin öz məşruluq
(legitimlik) qaynağını yalnız millətdən aldığı, millətin
bütün fərdlərinin siyasi, iqtisadi, sosial, mədəni
haqlarının qorunduğu, demokratiya və insan haqlarına sayğının
gerçəkdən mövcud olduğu, qanunun ali, hüququn üstün sayıldığı bir
dövlətdir. Milli dövlətin bu özəlliklərinə uyğun
mahiyyət daşıyan hakimiyyət isə milli hakimiyyətdir.
Millət təməlindən çıxış edən AMAT Müstəqil
Azərbaycanda hər hansı bir hakimiyyət uğrunda yox, məhz
milli dövlət quruculuğunu gerçəkləşdirəcək milli
hakimiyyət qurulması uğrunda mübarizə aparır.
Demokratik
dövlət. Milli demokratik bir qurum olan və milli
dəyərlərə sayğı ilə yanaşıb onlara cox ciddi onəm
verən bir demokratiya anlayışına yiyələnmiş AMAT inanır
ki, millətə ən yaxşı şəkildə xidmət
edilməsi, insan haqlarının aliliyi, vətəndaş hüquqları və
azadlıqlarının qanunla qorunması, vətəndaşların
bərabərhüquqlu, azad, sərbəst seçkilərlə öz
rəylərini bildirməsi və dövlətin idarə
edilməsində millətin birbaşa iştirakının təmin olunması,
din, vicdan, söz, mətbuat azadlığı, xoşgörü (tolerantlıq), çoxfikirlilik
(plüralizm), millətin milli iradəsinin üstün tutulması və
vb. dəyərlər yalnız demokratik rejim çərçivəsində
gerçəkləşə bilər. AMAT-ın fikrincə, diktatura,
avtoritarizm və totalitarizmi önləyəcək gerçək bir
çoxpartiyalı sistemin biçimlənib oturuşması, iqtidar dəyişiminin
yalnız sivil və dinc yolla – azad seçki ilə
gerçəkləşməsi, etnik qrup, azsaylı xalq və
milli azlıqların hüquqlarının qanunla tanınması, onların öz dillərini,
öz milli mədəniyyətlərini,
adət-ənənələrinI qoruması və sərbəst
inkişaf etdirməsi üçün hər cür şəraitin yaradılması, qadın
haqlarının qorunması və onların kişilərlə hüquq
bərabərliyinin təmin olunması vb. ancaq demokratik rejimdə
mümkündür. Ona görə də, AMAT Azərbaycan
Dövlətinin idarə şəklinin məhz demokratik rejim
çərçivəsində olmasını doğru sayır, bu yöndə verdiyi
mücadiləni apardığı milli azadlıq mübarizəsinin tərkib
hissəsi kimi qəbul edir, toplum içərisində demokratik
təfəkkür tərzinin və milli dəyərlərə önəm
verən yüksək demokratiya kültürünün geniş yayılaraq yaşam
tərzinə çevrilməsini çox önəmli bilir.
Dünyəvi (laik)
dövlət. Din və vicdan özgürlüyünə sayğı duyan heç bir normal
toplum dinsiz ola bilməz, çünki din toplum yaşamının ayrılmaz
özəlliklərindən biridir. Eyni zamanda, din və vicdan
özgürlüyünün tələbinə görə, din siyasətə
alət olmamalı və bir qrup siyasətçinin əlində başqa
qrup siyasətçilərə qarşı mübarizə vasitəsinə
çevrilməməlidir. Dünyəvi (laik) dövlət anlayışı da
məhz buradan hərəkətlə dinin dövlətdən ayrı
olmasını və şəriətin dövlət işlərinə,
siyasətə qarışmamasını, yalnız toplumsal düzeydə öz varlığını
sürdürməsini gərəkli bilir. Bütün dinlərə, dini
dünyagörüş və inanclara sayğı ilə, xoşgörü ilə yanaşan AMAT
bu dini dünyagörüş və inancları toplum mənəviyyatını
zənginləşdirən çox önəmli bir amil sayır və hesab edir
ki, Azərbaycan Dövlətində din siyasətdən ayrı
olmalı, dövlət işlərinə qarışmamalıdır.
Sosial
yönümlü dövlət. Tarixi təcrübə göstərdi ki, toplum
yaşamı ilə bağlı hər şeyin, özəlliklə iqtisadiyyatın
tam dövlət əlində cəmləşdirilməsi də, yaxud
əksinə, dövlətin heç nəyə qarışmaması da özünü
doğrultmur. Ona görə də, çağımızda modern dövlətlərin bu
və ya digər düzeydə sosial yönümlü olması ümumməqbul bir
normaya çevrilmişdir. Azərbaycanın bütün sərvətlərinin
yalnız Azərbaycana məxsusluğu uğrunda mübarizə aparan AMAT
nə mütləq liberalizmi, nə də mütləq kollektivizmi
qəbul etməyib orta bir yol tutaraq milli təsanüdü – solidarizmi
daha üstün sayır və qurulacaq Azərbaycan Dövlətinin məhz
sosial yönümlü olmasını, milli gəlirin ədalətlə
bölünməsini və demokratik sistemə, azad bazar və
sərbəst ticarətə zərbə vurmadan dövlətin
müəyyən tənzimləyici rol oynamasını gərəkli
bilir. Bu dövlətdə bütün yönləri ilə sosial ədalət
gözlənilməli, fərq qoyulmadan hamı üçün fürsət
bərabərliyi yaradılmalı, kimliyindən asılı olmayaraq, bütün
vətəndaşların iş, təhsil, sağlamlıq vb. sosial, iqtisadi,
mədəni imkanlardan yararlanması sağlanmalıdır.
Hüquq dövləti.
Hüquq dövləti hüququn üstün, insan haqlarının ali sayıldığı, qanun
qarşısında hamının bərabərliyi ilkəsinin hakim olduğu, Anayasada
təsbit edilmiş insan haqları, vətəndaş hüquqları və
azadlıqlarına qanunla təminat verilən və bu təminatın söz
olaraq qalmayıb, əməldə də gerçəkləşdiyi bir
dövlətdir. AMAT Azərbaycanda insan haqları, vətəndaş
hüquqları və azadlıqlarının ən güvəniləcək
təminatı kimi məhz belə bir hüquq dövləti qurulması uğrunda
mübarizə aparır.
Azərbaycanda
müstəqil, milli, demokratik, dünyəvi (laik), sosial yönümlü hüquq
dövləti qurulmasına yönəlik göstərilən bu önəmli
dəyərlərlə yanaşı, təbii ki, digər mühüm dəyərlər
də az deyil. Ancaq AMAT çeşidli sahələrə aid
həmin dəyərlərdən hələlik bəhs etmir
və yalnız yuxarıdakılara qısaca toxunmaqla bəlli bir
təsəvvür yaratmağı yetərli bilir.
Məqsəd
və vəzİfələr
AMAT-ın başlıca
məqsədi Azərbaycan türklüyünün milli iradəsini ifadə
edəcək Müstəqil, Bütöv və Demokratik Azərbaycan
Dövləti qurmaq və bu dövlətin öncüllüyü ilə
Azərbaycan türk millətini gəlişdirib yüksəltmək, onu
səadətə və hərtərəfli rifaha qovuşdurmaqdır.
Təbii ki, iç və dış şərtlər, obyektiv və subyektiv
amillər bu başlıca məqsədin birdən-birə yox, aşamalar
üzrə, zaman-zaman gerçəkləşəcəyini ortaya qoyur. AMAT
Azərbaycan Milli Hərəkatında oyanış aşamasının
bütövlükdə uğur qazanmasını bildirərək və indi var olan
durumu, gəlişmələrin yönlərini göz önünə alaraq hesab
edir ki, bundan sonra Azərbaycan Milli Hərəkatında iki əsas
strateji mərhələ ayrıca qabardılmalıdır:
I. Azərbaycanın
güneyinin qurtuluşu mərhələsi. Bu aşamada
Azərbaycanın güneyində fars şovinizminin dəyirmanına su
tökən muxtariyyət, federalizm kimi aldadıcı nağıllar bir qırağa
atılmalı, “İran”, “islam” vb. adlar altında gizlədilmiş fars
sömürgəçiliyinə biryolluq son qoyulmalı və Azərbaycanın
müstəqil, milli, demokratik, dünyəvi (laik), sosial yönümlü hüquq
dövləti yaradılmalıdır.
II. Azərbaycanın
bütövləşməsi mərhələsi. Bu
aşamada ümumxalq referendumu vasitəsilə iki Azərbaycan
Dövləti birləşməli, Müstəqil, Bütöv və Demokratik
Azərbaycan Dövlətinin öncüllüyü ilə ümum Azərbaycan
türklüyünün vahid milli gücü Azərbaycanın inkişafına, gəlişib
yüksəlməsinə yönəldilməlidir.
AMAT bir yandan
qloballaşan, o biri yandan isə demokratikləşmənin yaratdığı
milli dövlətlər səbəbinə yerəlləşən
(lokallaşan) dünyadakı sürəcləri, içərisində
Azərbaycanın da yer aldığı bölgədə gedən prosesləri,
dünya, bölgə və ölkə üzrə siyasi, toplumsal, iqtisadi,
kültürəl sahələrdə gerçəkləşən
dəyişimləri izləyib araşdıraraq tam əminliklə bildirir
ki, İran adı ilə pərdələnmiş Farsıstan (=Persian)
imperiyasının dağılacağı, Azərbaycanın güneyinin işğaldan, sömürgəçilikdən
qurtulub öz bağımsız dövlətini quracağı qaçılmazdır və o qutsal gün
çox da uzaqda deyil. Ona görə də, bağımsızlıq, bütövlük və
xoşgörü təməl ilkələri ilə milli mübarizə yoluna
çıxan AMAT həlledici
məqamda tarixi fürsəti itirməmək və millət olaraq
o qutsal günü hazırlıqlı qarşılaya bilmək üçün indiki anda başlıca
diqqəti Azərbaycanın güneyinin qurtuluşuna yönəltməyi
gərəkli bilir.
AMAT inanır ki,
Demokratik Bütöv Azərbaycan yolu Azərbaycanın güneyinin
qurtuluşundan keçir və Azərbaycanın güneyinin qurtuluşu ümum
Azərbaycan türklüyünün sorunları içərisində öncəlik sırası
baxımından ilk yerlərdən birini tutur. Daha doğrusu, ümum
Azərbaycan türklüyünün var olan, yaxud var ola biləcək bir çox
sorunlarının çözülməsində Azərbaycanın güneyinin qurtuluşu açar
rolu oynayır. Ona görə də, AMAT
“İran”, “islam” vb. adlarla pərdələnmiş sömürgəçi Farsıstan
(Persian) dövlətinin ağalığına son qoyaraq Azərbaycanın güneyinin
qurtuluşuna nail olmağı indiki anda əsas hədəf sayır və
apardığı mübarizənin təməl ağırlığını məhz bu
hədəfə yönəldir.
AMAT apardığı
mübarizənin indiki durumunda Milli Hərəkatın
hərəkətverici qüvvələrinin və alt yapısının
gərəyincə biçimlənməsinə, oturuşub
güclənməsinə, qurtuluşu gerçəkləşdirəcək
uyğun milli güc yetişdirilməsinə yönəlik aşağıdakı işlərin
görülməsini özünün başlıca görəvləri sayır:
– AMAT
Məramnaməsində irəli sürülən ideyaların ümum
Azərbaycan türklüyü içərisində geniş yayılıb
kütləviləşməsinə və öncül bir mövqe tutmasına
yönəlik fəaliyyətlərin gücləndirilməsi;
– fars
sömürgəçiliyinin açıq-aydın biçimdə xalqa tanıdılması, fars
şovinizminin bütün təzahür biçimlərinin (şahçılıq, dinçilik,
solçuluq, liberalçılıq vb.) ifşa edilməsi;
– Azərbaycanın
uğradığı faciələrlə, üzləşdiyi
ədalətsizliklərlə bağlı gerçəkliklərin dünyaya
duyurulması və dünya xalqlarının ictimai rəyini qazanmaqla
Azərbaycan milli davasının dəstəklənməsinə nail
olmaq yönündə ardıcıl çalışılması;
– uluslararası insan
haqları qurumları və dünya kütləvi informasiya vasitələri
ilə sıx əməkdaşlıq yaparaq Azərbaycan mövzusuna
diqqətin artırılmasına çalışılması, özəlliklə Azərbaycanın
güneyində fars şovinizminin tətbiq etdiyi etnosid (milli
mədəniyyətin ortadan qaldırılması) siyasətinin, milli
ayrı-seçkiliyin (diskriminasiyanın) baş alıb getməsi və insan
haqlarının çox kobudluqla tapdanması faktlarının qabardılması;
– Azərbaycanın
güneyinin qurtuluşu uğrunda mübarizə bir və ya bir neçə qurumun
yox, bütün millətin mübarizəsi olduğu üçün ümum Azərbaycan
türklüyünü və onun bütün maddi-mənəvi imkanlarını bu
mübarizəyə səfərbər etmək yönündə
fəaliyyətlərin genişləndirilməsi;
– oyanış aşamasının
bütövlükdə uğur qazandığı və qurtuluş aşamasının başladığı indiki
dönəmdə Azərbaycan Milli Hərəkatının üzləşdiyi
ciddi nəzəri sorunların ortadan qaldırılmasına, qurtuluş, bütövlük
və demokratiya dayaqları üzərində biçimlənən çağdaş
Azərbaycan milli məfkurəsi əsasında Hərəkatın
düşüncə təməllərinin möhkəmləndirilməsinə
və xalq içərisində geniş yayılıb
mənimsənilməsinə yönəlik ardıcıl fəaliyyət
göstərilməsi;
– Azərbaycanın
güneyində, quzeyində və Azərbaycan hüdudlarından qıraqda
milli – siyasi təşkilatlanmanın, özəlliklə siyasi
partiyaların, kütləvi informasiya vasitələrinin (
qəzetlər, dərgilər, elektron dərgilər,
televiziyalar, radiolar, informasiya agentlikləri vb. ) və insan
haqları qurumlarının yaradılmasına və fəaliyyətlərinin
gücləndirilməsinə, var olan milli-siyasi qurumlar arasında
uzlaşma, işbirliyi və əməkdaşlığın
dərinləşdirilməsinə və bütün fəaliyyətlərin
vahid bir məcraya – Azərbaycan Milli Hərəkatınının başlıca
hədəflərinə yönəldilməsinə özəl
diqqət yetirilməsi, bu yöndə ardıcıl çalışılması;
– irqçilik,
sinifçilik, yerliçilik, tayfaçılıq, məzhəbçilik vb. bu kimi bölücü
fəaliyyətlərə qarşı mübarizə aparılması və
milləti birləşdirib bütövləşdirəcək milli dayanışma
(milli həmrəylik) duyğusunun qabardılması;
–ümum Azərbaycan
türklüyü içərisində “Dildə, fikirdə, işdə birlik!”
(İ.Qaspıralı) yaradılmasına yönəlik əməli addımların
gücləndirilməsi;
– Azərbaycan
Milli hərəkatında öncül rol oynayacaq, Azərbaycanın
güneyində müstəqil dövlətin əsaslarını qoyacaq milli-siyasi
kadrların yetişdirilməsi doğrultusunda əməli addımların
atılması, milli-siyasi maarifçilik fəaliyyətlərinin
gücləndirilməsi;
– demokratiya, insan
haqları, sosial ədalət vb. bu kimi çox önəmli bəşəri
dəyərlərlə bağlı gəlişmiş dünya
ölkələrində qazanılan uğurların, təcrübələrin
araşdırılıb öyrənilməsinə, Azərbaycan toplumu
içərisində mənimsənilərək geniş yayılmasına,
Azərbaycanda demokratiya mədəniyyətinin və demokratik
düşüncə tərzinin dərin kök salıb oturuşmasına çalışılması.
Fəaliyyət
BİÇİMLƏRİ
AMAT
ümum Azərbaycan türklüyünün var olan potensialını, maddi-mənəvi
bütün imkanlarını indiki anda Azərbaycanın güneyinin qurtuluşu uğrunda
mübarizəyə yönəltməkdə öz boynuna düşənləri
gerçəkləşdirə bilmək məqsədilə
Azərbaycanın güneyində, quzeyində və yurddışında öz alt
strukturlarını və uyğun yan qurumlarını yaradır.
AMAT zorakılığı
və terrorizmi məqsədəçatma üsulu kimi
pisləyərək, öz fəaliyyətində uluslararası
normalara və çağdaş dünya dəyərlərinə uyğun demokratik
mübarizənin bütün biçimlərindən yararlanmağı məqbul sayaraq
və var olan bütün iç-dış şərtləri göz önünə alaraq:
– bilinən mövcud
şərtlər dəyişmədikcə Azərbaycanın güneyində
gizli fəaliyyət metodlarına üstünlük verir;
– Azərbaycanın
quzeyində və digər dünya dövlətlərində mövcud
Anayasaya, qüvvədə olan qanunvericiliyə, normalara uyğun olaraq
açıq fəaliyyət göstərir.
AMAT
Azərbaycan Milli Hərəkatının hədəflərinə
uyğun fəaliyyət göstərən qurumlarla əməkdaşlıq
etməyi və ittifaqlar, bloklar yaratmağı məqbul sayır.
AMAT öz
hədəfləri doğrultusunda fəaliyyət göstərmək
üçün konfranslar, seminarlar, müzakirələr, görüşlər,
dəyirmi masalar vb. təşkil edir, mitinq, piket, nümayiş vb.
tədbirlər həyata keçirir.
AMAT Azərbaycanın
güneyində, quzeyində və dünyada baş verən
hadisələrə münasibət bildirmək, insanların
məlumatlılığını artırmaq və bilgilənməsini sağlamaq, siyasi
maarifçilik işlərini genişləndirmək məqsədilə
mümkün bütün informasiya vasitələrindən yararlanır və imkan
daxilində öz informasiya şəbəkəsini qurur.